MİLLƏT VƏKİLİNDƏN NAZİRƏ TƏKLİF - "Bu dəyərləri sovet ənənələrindən xilas etmək lazımdır"


"Yazıçı Aqşin Yenisey yazır: "Nəhayət ki, ilk dəfə bir nazirin dilindən "sovet ənənələri ilə vidalaşmaq, mədəniyyətə yeni anlayışlar gətirmək" kimi tarixi məsuliyyət daşıyan sözlər eşitdik." Marqlıdır! Mədəniyyət naziri Adil Kərimliyə bir ideya vermək istəyirəm. İlk öncə fundamental çoxcildli "Kulturologiya" Ensiklopediyası hazırlamaq lazımdır."
“AzPolitika.info” xəbər verir ki, bu fikirləri təhsil eksperti, millət vəkili Etibar Əliyev öz  “facebook” səhifəsindən paylaşdığı yazıda qeyd  edib.
Etibar Əliyev daha sonra yazır: " Kulturologiya-mədəniyyətin, onun strukturunun, funksiyalarının inkişaf perspektivlərinin keçmişi və müasirliyi haqqında elmdir.
Kulturologiya bir sıra elmlərin qovşağında formalaşır. Bu elmlər hansılardır? Fəlsəfə, sosial antropologiya, mədəniyyətin sosiologiyası, etnologiya, estetika, semantika və semiotika, sinergetika, mədəniyyətin psixologiyası, mədəniyyətin tarixi və filologiya. Və ən əsası mədəni kodlar. 
Kulturologiya inteqrativ elm sahəsidir. Yeni anlayışlara bələdçiliyi kimlər edəcək? 
Mədəniyyətin son dərəcə əhəmiyyətli əlamət və cəhətləri bunlardır: milli özünəməxsusluq və orijinallıq, təkrarolunmazlıq və unikallıq (nadirlik), dəyişkənlik və yenilik, tənqidi və yaradıcılıq başlanğıcları, özlüyündə dəyərlilik, yüksək ideallara can atmaq. Bu dəyərləri sovet ənənələrindən xilas etmək lazımdır.
Belə bir Ensiklopediyanın hazırlanması üçün sadaladığım elmləri dərindən bilən redaksiya heyəti formalaşmalıdır. Bundan öncə isə Ensiklopediya işini mükəmməl bilən şəxslər cəlb olunmalıdırlar.
Bu işi bilənlər var, lakin təəssüflər olsun ki, layihyə baş tutsa belə onlar yenə də kənarda qalacaqlar. Mən bunun Azərbaycan Milli Ensiklopediyasının hazırlanmasında şahidi olmuşam.
Şamaxıda keçirilən "Azərbaycan dili və Ədəbiyyatı" Forumunun işinə uğurlar arzulayıram".
Tarix: 1-09-2023, 22:32
Xəbəri paylaş





Xəbər lenti