Bu klinikaya inzibati protokol tərtib olundu - Sertifikasiyadan keçməyən şəxsləri praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıb



"Anes" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Nərimanov Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Məhkəmə iclası sentyabrın 19-da keçiriləcək.
 
Tarix: 6-09-2023, 10:41
Xəbəri paylaş





Xəbər lenti