Təhsildə "mədəni" soyğunçuluq

Təhsildə "mədəni" soyğunçuluq



Təhsil konkret oyuncaq olub. Sanki yetim qalmış uşaqları hərə bir yana çəkərmiş kimi "mədəni" soyğunçuluq edirlər!

Təhsildə bitib-tükənməyən təlimlər niyə həyata keçirilir? Artıq hər kəs pul qazanmağın yolunu təhsilə bağlayıb. Təhsil siyasətin əsasına çevrilib. Əsl yeyinti mənbəyi olub. İstər Təhsil Nazirliyi xətti ilə həyata keçirilən təlimlər, istərsə də özəl sektorda həyata keçirilənlər bunu açıq-aşkar təsdiq edir. Rəsmi olaraq guya problemlər aşkarlanır və dövlət bu problemin həlli üçün təlim keçirməyə qərar verir. Bununla da müəyyən məbləğ pul guya təhsilə ayrılır. Eynilə özəl sektorda təhsil "fədailəri" təlimlər keçirir, "istəmədən" pul qazanırlar.

Təlimlər keçiriləndə heç olmasa baxmırlar ki, təlimi keçənlər kimlərdir? Təlim nə qədər keyfiyyətlidir? Həqiqətən faydalı oldumu? Həqiqətən problemlər aradan qalxdımı? Təlim keçirmək üçün axı nəqər təşkilat, nə qədər şöbə, nə qədər vəzifə, nə qədər insan olar?
Ancaq pul ayrılır və nəticə etibarilə hər kəs aylıq gəlirini artırdı. Bununla da hər kəs üzərinə düşən vəzifəni yerimə yetirilmiş sayılır. Yani sonda guya qiymətləndirilmə oldu, guya hər şey yaxşıdır. Çox gözəl aldatmaq yollarıdır.

Artıq bu təlimlərə bir son deyilməlidir. Hərə bir yanda sertifikat, diplom paylayır. Nazirlik səviyyəsində Beynəlxalq konfrans keçirilir iştirak edən-etməyən hamı 100 manat verir və diplomu alır. Qurultay keçirilir, 200 manat verirsən sertifikat alırsan, "İlin Əməkdar müəllimi," birinci müəllim"i hamısı pulla alınır. Heç bir meyar, heç bir əsas olmadan kimlərsə, mükafat alır. Eynilə həqiqətən kimlərsə xalq üçün, dövlət üçün nələrsə edib və heç bir mükafata layiq görülməyib. Sosial media, saxta, qurulmuş dərs nümunələri, mükafat və diplomlarla doludur. Bunun qarşısını axı nə vaxt almağı düşünürlər.
Təhsildəki bir təbəqə təlimlər, dərslər, seminarlar keçməklə pul qazanır. Digər təbəqə də heç bir işə yaramayan təltif günləri, mükafat gecələri ilə pul qazanır.
Hərə bir yandan kitab nəşr etdirir.
Hərə bir yandan təlimçi olub.
Hərə bir yandan kağız parçası paylayır.

Təhsil kankret oyuncaq olub. Sanki yetim qalmış uşaqları hərə bir yana çəkərmiş kimi "mədəni" soyğunçuluq edirlər.
Bu təlimləri keçirənləri bəs kim qiymətləndirsin. Elə adına təlim yazılsın cibi qalınlaşsın. Təhsilin istənilən sahəsində, istər dövlət səviyyəsində, istər özəl sektorda hamı bunu edir.

Ya insanların psixologiyasına təsir edirlər və düşünməyi bacarmayan insanlar bununla özlərini, vicdanlarını aldadır, saxta gülüş və alqışlara ehtiyacı olan "yazıq" lar özləri qoşulurlar. Ya da məcburiyyət qarşısında zülmə boyun əyən "yiyəsizlər" məcburiyyətdən qoşulurlar.

Bir yandan rəsmi şəkildə rəsmi olmayan məcburiyyət, bir yanda məşhur olmaq iddiası...

BƏS ORTADA MƏHV OLAN TƏHSİL VƏ İNSANLIQ...
https://tehsilmedia.az/kose/8907-thsild-mdni-soygunculuq.html?fbclid=IwAR2Q
Tarix: 22-01-2024, 20:50
Xəbəri paylaş





Xəbər lenti