Məmurları biznesdən uzaqlaşdırma prosesi başlayır? - ŞƏRH

  

Məmurları biznesdən uzaqlaşdırma prosesi başlayır? - ŞƏRH
"Uzun illər idi ki, Rəqabət Məcəlləsi müzakirə edilirdi. 2008-ci ildən bəri dəfələrlə onun qəbulu məsələsi qaldırılmışdı. Axır ki, Rəqabət Məcəlləsi qəbul olundu. Sənəd bu sahədə bir düzən yaradılması, rəqabətin gücləndirilməsi üçün hüquqi baza yaradır".

Bu fikirləri Bakupost.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söyləyib.
Onun dediyinə görə, Rəqabət Məcəlləsi qəbul olunsa da, bu, hər şeyin dərhal dəyişəcəyi anlamına gəlmir:
“Rəqabət Məcəlləsi ilə rəqabətin özünün yaratdığı bir alqoritm də olmalıdır. Yəni rəqabət mühiti olmalıdır, məhkəmə hakimiyyətində ciddi dəyişikliklər aparılmalıdır, məmurları biznesdən ayırma prosesi, heç olmasa, başlamalı və sona çatmalıdır. Bu məsələlər fonunda Rəqabət Məcəlləsi Azərbaycanda effekt verə bilər”.
Ekspertin sözlərinə görə, ölkədə elə iri şirkətlər var ki, bazarların böyük bir hissəsinə rəsmən nəzarət edir və xırda şirkətlərin müxtəlif yollarla bazara daxil olmasına maneçilik yaradırlar:
“Rəqabət Məcəlləsi bu maneçiliyə görə ən azından iddiaların qaldırılmasına şərait yaradır. Bu o demək deyil ki, maneələr dərhal aradan qaldırılacaq. Amma kiçik və orta sahibkarların marağı yaranacaq ki, onlar da qruplaşsınlar, qeyri-hökumət təşkilatları səviyyəsində birliklər yaratsınlar, məsələni gündəmə gətirsinlər”.
Tarix: 26-01-2024, 17:40
Xəbəri paylaş





Xəbər lenti