“Azərsun Holdinq”in tərkibindəki “Bazarstore” mağazasının Qazax filialı məhkəməlik oldu

“Azərsun Holdinq”in tərkibindəki “Bazarstore” mağazasının Qazax filialı məhkəməlik oldu

"Bazarstore" mağazalar şəbəkəsinin Qazaxdakı filialı məhkəməyə verilib.
Hurriyyet.Az xəbər verir ki, şirkətin filialı barəsində İnzibati Xətalar Məcəlləsinin  518.1-ci maddəsi ilə (İctimai Qayda, Ictimai Təhlükəsizlik Və Ictimai Mənəviyyat Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.
Hazırlanmış protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilib. 
Məhkəmə işi Qazax Rayon Məhkəməsində hakim Nemət Musayevin icraatındadır. 
Əldə etdiyimiz məlumata görə, mağazalar şəbəkəsinin Qazax filialının röhbəri Ağstafadan olan sahibkar, Elmar adlı şəxsdir
Bildirək ki, nizamnamə kapitalı 40862223.16 dollar olan "Bazarstore" MMC-nin qanuni təmsilçisi Burhan Sevahildir.
Xatırladaq ki, "BAZARSTORE" MMC Abdulbari Gözəlin rəhbəri olduğu “Azərsun Holdinq”ə məxsusdur.  \\32gun.az
Tarix: 30-01-2024, 22:03
Xəbəri paylaş





Xəbər lenti