Fransanın briqada generalı Ermənistan-Azərbaycan sərhədinə gəldi... - NƏ İTİ AZIB?

Fransanın briqada generalı Ermənistan-Azərbaycan sərhədinə gəldi...
Fransa Milli Jandarmının briqada generalı Uilyam De Meyer Avropa Birliyinin(AB) Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib.

Moderator.az xəbər verir ki, "Hraparak" nəşrinin gecə saatlarında yazdığına görə, bu barədə "X" səhifəsində AB-nin Ermənistandakı missiyasının ofisi məlumat yayıb.

Qeyd olunur ki,general Meyer AB-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritterlə görüşüb.

P.S. Bir azdan mediamızda Fransa generalının Ermənistanla sərhədimizə gəlişi elə "atəş"ə tutulacaq ki, 1988-ci ildən, yəni Qərbi Azərbaycandan soydaşlarımızın son deportasiyasının başlanmasından bəri, Rusiyanın nəinki bir generalı və ya bir neçə zabitinin neçə-neçə generaldan yüzlərlə zabitdən, minlərlə əsgərdən ibarət ordusunun Ermənistanda və Azərbaycanla sərhəd boyu yerləşməsi yaddan çıxacaq. Hazırda da Ermənistandakı 102-ci Rusiya bazasında, həmçinin ölkənin bütün sərhədləri boyu azı 5 mindən çox Rusiya hərbçisinin yerləşdiyi məlumdur...
Tarix: 3-02-2024, 09:19
Xəbəri paylaş





Xəbər lenti