Avropa Parlamenti sədrliyinə namizədin Ermənistanda uşaq alverinə bulaşdığı üzə çıxdı...

Avropa Parlamenti sədrliyinə namizədin Ermənistanda uşaq alverinə bulaşdığı üzə çıxdı...
“AB-yə üzv ölkələrin hökumətləri iyul ayına qədər Avropa Parlamentinin prezidentliyinə namizədi razılaşdırmalıdırlar. Ən çox ehtimal olunan namizədlərdən biri də Avropa Mərkəzi Bankının keçmiş prezidenti, İtaliyanın keçmiş baş naziri Mario Draqidir. Söhbət Ermənistanda uşaq alveri ilə bağlı cinayət işi çərçivəsində adı hallanan həmin Draqidən gedir”. 
 

Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Past” gündəlik nəşri yazır. 
 
“Məsələ burasındadır ki, məlumata görə, Mario Draqinin oğlu Cakamo Draqi də Ermənistandan uşaq övladlığa götürüb. Mətbuatda məlumat dərc olunub ki, “Ermənistanda hökumətin iclasında qanunsuz övladlığa götürmənin həyata keçirildiyi açıqlananda, sonra da cinayət işi başlananda, İtaliyanın keçmiş baş naziri üçün siyasi qalmaqal az qala yetişmişdi. Lakin Draqi ailəsi Ermənistan rəsmilərindən işin istintaqını dayandırmağı və ailələrinə zərər verən və övladlığa götürülmüş uşağın hüquqlarını pozan utancverici kampaniyanı durdurmağı tələb edib."
 
Buna əsasən, erməni tərəfi İtaliya baş nazirinin nəvəsi epizodu və Draqinin həyata keçirdiyi övladlığa götürmə ilə bağlı məlumatları cinayət işindən çıxarmalı olub. İndi də həmin Mario Draqi Avropa Parlamentinin sədri olmağa can atır”- xəbərdə belə deyilir.
 
S.Laçın
Tarix: 15-02-2024, 14:31
Xəbəri paylaş





Xəbər lenti