"Xarici havadarlarına güvənən Ermənistan təxribatlara davam etdikcə, uduzan tərəf özü olacaq"

"Xarici havadarlarına güvənən Ermənistan təxribatlara davam etdikcə,
Bir neçə gün əvvəl ermənilər sərhədlərimizdə növbəti təxribata əl atdılar. Mövqelərimiz atəşə tutuldu, hərbçimiz yaralandı. Bundan sonra təbii ki, Azərbaycan tərəfi düşmənə atəşkəsə zidd olan davranışına hərbi cavab verdi. Ermənistan KİV-lərinin məlumatına görə 4 erməni əsgəri öldürülüb. Görünən odur ki, istər 2020-ci il müharibəsində qazandığımız qələbə,istərsə də, keçən il 19-20 sentyabr 23 saatlıq lokal antiterror əməliyyatı onlara dərs olmayıb. Ermənistan başa düşmür ki, artıq Azərbaycan əvvəllər münaqişədə olduğu Azərbaycan deyil ki, əli silahlı 3-5 terrorçu torpaqlarımızda at oynatsın. Ermənistan 12 fevralda təxribat törədib, cavabını aldıqdan sonra havadarları yenə boş-boş əsib gurlamağa başladı. Sanki sülh müqaviləsinin imzalanmasının yubadılması üçün təxribata əl atılması ilə bağlı Ermənistana “ağıl” verənlər onlar deyilmiş kimi… Türklərin bir misalı var: “Həm suçlu, həm güçlü”…
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, fevralın 12-də baş verən təxribat Ermənistan və onun xarici havadarları tərəfindən planlaşdırılan hadisədir. Məhz plan çərçivəsində sərhəddimizə snayper gətirilib və bu təxribat törədilib. Deputat hesab edir ki, təxribat hadisəsinin planlı olmasını Ermənistan baş naziri Paşinyanın “The Telegtaph” nəşrinə verdiyi aqressiv müsahibəsi ilə izah etmək olar.

Vüqar İskəndərov həmçinin hesab edir ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryanın Ermənistanın Fransa, Hindistan və digər ölkələrdən silah alması, böyük həcmdə silahlanması prosesinin aparılması da, Ermənistanın sakit dayanmağını və yeni hərbi əməliyyatlara hazırlaşdığını sübut edir.

Deputatın fikrincə, həər zaman olduğu kimi yenə də uduzan Ermənistan olacaq. Çünki Azərbaycan ordusu 2020-ci il 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın etmişdi. Amma Türklərin bir ata sözündə də deyildiyi kimi “uduzan pəhləvan uduzmağa doymazmış”. Yəni Erməənistan da məğlubiyyətə doymur. Xarici havadarlarına güvənən Ermənistan təxribatlardan əl çəkməyib yenisini planlasa da, bu hədəf Ermənistana xoş heç nə vəd etmir. Yenə uduzan Ermənistan olacaq. Və eyni zamanda bu davranışlar Ermənistan-Azərbaycan münasibətlərini də normallaşmasına imkan vermir, əksinə daha çox zərbə vurur. Sülh müqaviləsinin imzalanması prosesini gecikdirir.

Vüqar İskəndərovun fikrincə, bütün baş verənlərdə günahkar yalnız Ermənistan deyil, həm də Qərb ölkələri - Amerika və Avropadır. Deputat hesab edir ki, Qərb ölkələırinin sərgilədiyi mövqe regionda yeni müharibənin başlanmasına hesablanıb.
Tarix: 15-02-2024, 20:09
Xəbəri paylaş





Xəbər lenti