“Araşdırılma aparılır” - Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AÇIQLAMA


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan qızın 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlərlə bağlı məsələ nəzarətə götürüb.
KONKRET.az-a bu barədə məlumatı BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov verib.
Onun sözlərinə görə, hazırda müvafiq araşdırma aparılır, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Tarix: 20-02-2024, 12:40
Xəbəri paylaş





Xəbər lenti