Tərtərdə Xocalı soyqrımının 32-ci ildönümü qeyd olunub


Tərtər rayonunda 26 fevral-Xocalı soyqrımına həsr olunmuş anım mərasimi
keçirilib. Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbirində
öncə Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi-Tərtər
Cümə Məscidinin imamı Sadiq Səfərov Xocalı şəhidlərinin ruhuna dualar
oxuyub. Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksinin önünə gül
dəstələri qoyublar.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
acıb, Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Anım iştirakçıları Xocalı soyqrımına həsr olunmuş ümumtəhsil
məktəblilərinin rəsm əsərlərindən ibarət sərgiyə də baxıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı
soyqrımından danışaraq o illərdə baş vermiş hadisələri bir daha xatırladıb.
Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun
23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli
transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və
xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir
silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır
texnika ilə şəhər tamamilə dağıdıldı  yandırıldı, insanlar isə xüsusi
qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri
çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi.
Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər
vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Qüvvələr nisbətinin
qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi
böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı
erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız
mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki,
o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar
ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu.
Ümumilikdə, Xocalı soyqrımı nəticəsində şəhərin 5379 nəfər sakini
zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz
qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu
günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8
ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə
valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın
və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
Azərbaycanlı əhalinin amansız soyqrımına dair çoxsaylı faktlar sübut edir
ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli
zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları 
beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə
konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması 
cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin
tələblərinin pozulmasıdır.
Rayon rəhbəri qeyd edib ki, Xocalı faciəsinə ilk dəfə Ulu öndər Heydər
Əliyev tərəfindən 1 mart 1994-cü ildə siyasi qiymət verilib  dünya
ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində
təbliğat işləri aparılıb.
Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan
olunub. Hər il fevral ayının 26-da saat 17-də Xocalı şəhidlərinin xatirəsi 1
dəqiqəlik sükutla yad edilir.
Otuz iki ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi
ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan
Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili
Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi
potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh
yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik
həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi
bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Xocalı şəhidlərinin xatirəsini
alnıaçıq, başıuca anır, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı
soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım
günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna
çevrilib.
Azərbaycan öz gücü ilə ədaləti bərpa etdi, işğala son qoyuldu,
müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq
prosesinə başladı. Artıq bu yerlərdə yenidən həyat canlanır. Bu iki fərqli
proses–dağıdıcılıq  quruculuq dünyaya ermənilər  azərbaycanlılar
arasındakı fərqi aydın şəkildə nümayiş etdirir.
Bu gün Xocalı şəhəri yenidən bərpa edilir. Azərbaycanın işğaldan azad
olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını
xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il
doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata
keçirilir. Hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-
quruculuq işləri görülür. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən
qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin
çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır. Tezliklə xocalılar–bizim
rayonumuza pənah gətirmiş 17 ailənin 58 nəfər üzvü də öz doğma yurdlarına
dönəcəklər.
Xocalı soyqrımından 32 il keçməsinə baxmayaraq xalqımız qətlamı heç
vaxt unutmur.
 
Tarix: 26-02-2024, 21:10
Xəbəri paylaş





Xəbər lenti