Aİ-nin Ermənistandakı missiyasının uzadılması regionda qarşıdurmaya səbəb ola bilər - Krikoryan

Aİ-nin Ermənistandakı missiyasının uzadılması regionda qarşıdurmaya səbəb ola bilər
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının mandatının gücləndirilməsi, onun genişləndirilməsi və yerləşdirmə müddətinin uzadılması regional güclərlə növbəti qarşıdurmaya səbəb ola bilər.

“Report” xəbər verir ki, bu barədə britaniyalı jurnalist Onnik Krikoryan “X” sosial hesabında yazıb.

“Bunun reallığa çevrilməsi ehtimalı azdır. Birincisi, bu, potensial olaraq uzun müddətdir ki, narahatlıq doğuran proseslərə səbəb ola bilər: NATO üzvü olan Türkiyə daxil olmaqla, regional güclərlə gələcək qarşıdurma ilə nəticələnə bilər. Rusiyanı da unutmaq olmaz. İkincisi, Aİ-nin Gürcüstandakı missiyası ikiillik siklla fəaliyyət göstərir, Ermənistan da istisna olmamalıdır”, - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Avropa Parlamenti Ermənistandakı missiya çərçivəsində yerləşdirilən müşahidəçilərin sayının, imkanlarının artırılması və yerləşdirmə müddətinin daha 5 il uzadılması, Ermənistanla Türkiyə sərhədinə qədər coğrafi əhatə dairəsinin genişləndirilməsinə çağırıb.
Tarix: 29-02-2024, 17:30
Xəbəri paylaş





Xəbər lenti