“İşlərimizə şəhid generalımız Polad Həşimovun anasını, ailəsini ziyarətlə start vermişik...”

“İşlərimizə şəhid generalımız Polad Həşimovun anasını, ailəsini ziyarətlə start vermişik...”
“Hər yerdə olduğu kimi, bizim dairədə də insanların seçkilərə marağı, fəallığı o qədər də hiss olunmur...”
 

“Çalışırıq. Nəticəyə gəldikdə, Allah Özü nə xeyirdi, onu qismət eləsin. İşlərimizin başlanğıcına Azərbaycanın Milli Qəhrəmanı, şəhid generalımız Polad Həşimovun anasını, ailə üzvlərini və Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarətlə start vermişik. Sonra da müxtəlif ərazilərdə seçicilərimizlə 13 görüşümüz olub. Bu gün isə artıq 14-cü görüşümüzü keçiririk. Sabah və birisi gün də görüşlərimiz olacaq, inşallah. Dünən də çox gözəl bir görüşümüz oldu”.
 
Bunu Moderator.az-a açıqlamasında 43 saylı Sumqayıt seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Mirmahmud Mirəlioğlu seçki kampaniyasının gedişindən danışarkən bildirib.  
 
“Seçicilərin əhval ruhiyyəsi, seçkilərə münasibəti necədir?” sualını isə deputatlığa namizəd belə cavablandırıb:
 
“Hər yerdə olduğu kimi, bizim dairədə də insanların seçkilərə marağı, fəallığı o qədər də hiss olunmur. Lakin buna baxmayaraq biz görüşlərimizi davam etdiririk. Hər cür fikirlər var. Pozitiv düşünənlər də var, pessimistlər də... Obyektiv olmaq lazımdır. Düzdü, bizimlə görüşə gələn seçicilər problemlərini söyləyirlər, suallar verirlər. Şəhid ailələri ilə də görüşürük. Yeri gəlmişkən, seçki qərargahımız da Qarabağ savaşlarının şəhidi Nuriyev Saleh Səxavət oğlunun adını daşıyan bir obyektdə yerləşib. Dünənki görüşümüzdə də şəhid ailəsi iştirak edib. Ondan əvvəlki görüşlərimizdə də şəhid ailələri, qazilər, tərxis olunmuş komandirlər də oldu... 
 
Və ümumiyyətlə, seçkilərə münasibət birmənalı deyil və ümumən ölkədə əhval-ruhiyyə necədirsə, Sumqayıtda da elədir.  Onu da deyim ki, partiya üzvlərimizdən digər namizədlərin də Sumqayıtda, Bakıda, Şirvanda, Qəbələdə, Bərdədə, Neftçalada, Zərdabda  və s. təbliğat kampaniyaları davam edir”, - deyə partiya sədri əlavə edib.
 
Sultan Laçın
Tarix: 29-08-2024, 15:19
Xəbəri paylaş





Xəbər lenti