Azay Quliyevin dairəsində “karusel” gedir – Rəqibi açıqladı/Video

Azay Quliyevin dairəsində “karusel” gedir – Rəqibi açıqladı/Video

8 saylı Binəqədi Birinci Seçki Dairəsində keçirilən səsvermə zamanı “karusel” qeydə alınıb. Tribunainfo.az-ın xəbərinə görə, 276 saylı məktəbdə yerləşən üç seçki məntəqəsində səs verən bir qrup seçici növbəti məntəqəyə gedib. Bu haqda deputatlığa namizəd Mustafa Hacıbəyli deyib. Həmçinin, əlavə edib ki, 36 saylı məntəqədə komissiya üzvləri bülletenləri gizlədir.
M. Hacıbəyli deyib ki, 8 saylı seçki dairəsinin 31 saylı məntəqəsində qeydiyyatı olmadan səs verənlər var. Qeyd edək ki, bu dairədən əsas namizəd Azay Quliyevdir.


Tarix: 1-09-2024, 22:53
Xəbəri paylaş





Xəbər lenti