“Azneft” icra başçısını məhkəmə verdi


Azərbaycan Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Səbail rayon İcra Hakimiyyətini məhkəməyə verib.

XALQ.AZ xəbər verir ki, işin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Torpaq mübahisəsi səbəbindən sözügedən icra hakimiyyəti ilə bağlı məhkəmədə iddia qaldırılıb.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 10 oktyabr tarixində hakim Kamran Əkbərovun sədrliyi ilə işə baxılacaq.
Tarix: 12-09-2024, 11:36
Xəbəri paylaş





Xəbər lenti