8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatıAnarMəmmədov,hüquq-mühafizəorqanlarınınrəhbərləri,YAPrayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Öncə Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların xatirələni bir dəqiqəlik sükutla yad edilib. Sonra söz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. İcra başçısı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayişetdirdi.BugünPrezidenticənabİlhamƏliyevinrəhbərliyiiləmüasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmiryumruq”kimibirləşmişAzərbaycanxalqıdoğmaQarabağımızınazadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Rayonrəhbəriçıxışındabildiribki,“TərtərşəhəriIIDünyamüharibəsindənsonra Avropanın ən çox bombalar və raketlərin atıllmış olduğuşəhərlərindən biridir!” Vətən müharibəsindəermənilərtərəfindənmüharibəninaparılmasınınbeynəlxalqhüquq normaları ilə müəyyən olunmuş qaydaları pozularaq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakınaciddiziyanvurulmuş,yaşayışevləri,çoxmənzilliyaşayışbinaları,qeyri- yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 16 nəfər qətlə yetirilmiş, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki,onların arasında qadın və uşaqlar da var. Vətən müharibəsində rayonumuzda46 hərbi qulluqçu şəhid olub, 57 nəfər hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib.1554 Vətən müharibəsi veteranımız var. Ancaq tərtərlilər ön cəbhədə olduğu kimi arxa cəbhədə də şəhidlər versələr də, evləri dağıdılsa dabir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. SonraMilliMəclisindeputatıAnarMəmmədov,rayonPolisŞöbəsininrəisiElçin Qasımov, Vətən Müharibəsi Qəhramanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, Vətən Müharibəsi şəhidi, gizir Mirzəli Rəşadın anası Afidə Mirzəyeva, Azərbaycan Bayrağı Ordenli, Vətən Müharibəsi iştirakçısı Elnur Salahov, Gənc Qazilər
İctimai Birliyinin sədr müavini, qazi BarisƏliyev, Goranboy rayon Ağsaqqallar Şurasının sədr müavini Aqil Abbasov, Goranboy rayon ağsaqqalı Eldəniz Abbasov, digər çıxış edən şəhid ailələrinin üzvləri və qazilər 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləqazandığıtarixiQələbədənsöhbətaçıblar,Zəfərləbaşaçatanmüharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub. 8 Noyabr Zəfər Günü münasibəti ilə rayon icra hakimiyyəti və Milli Məclisin deputatı AnarMəmmədovunşəhidailələri,qazivəmüharibəveteranlarınınşərəfinətəşkil etdikləribayramsüfrəsiarxasındatədbiriştirakçılarırayonMədəniyyətMərkəzinin hazırladığı konsert proqramına baxıblar. Şəhid ailələri və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.