Polis və DTX Astarada xüsusi əməliyyat keçirdi

Polis və DTX Astarada xüsusi əməliyyat keçirdi Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşları birgə əməliyyat keçirib.

DİN-in mətbuat xidməti xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndlərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CD aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Tarix: 6-05-2017, 13:15
Xəbəri paylaş





Xəbər lenti