Biləsuvarda qadın həkimin əl-qolunu bağlayıb evini qarət etdilər

Biləsuvarda qadın həkimin əl-qolunu bağlayıb evini qarət etdilər Biləsuvar şəhərində oğurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, naməlum şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbarahimovanın evinə daxil olaraq əvvəlcə onun əl-qolunu bağlayıblar, daha sonra isə evdə olan qızıl-zinət əşyalarını oğurlayaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır. Oğruların tapılması istiqamətində əməliyyat-axtarış tədbirlər həyata keçirilir.

Qeyd edək ki, G.İbrahimova Biləsuvar MRX-nın Laboratoriya şöbəsində işləyir.
Tarix: 7-05-2017, 14:08
Xəbəri paylaş





Xəbər lenti