Naxçıvanda faciə: DTX rəisinin qardaşı ,ailəsi və polkovnik qəzada həlak oldu

Naxçıvanda faciə: DTX rəisinin qardaşı ,ailəsi və polkovnik qəzada  həlak oldu Dünən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Siam.az bizimyol.info-ya istinadən xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus “Mersedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələ ki, bəlli olmayan minik avtomobilləri toqquşub.

Nəticədə “Mersedes” markalı avtomobildə olan Naxçıvan DİN-nin əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin nizami hissə rəisi, polkovnik Minemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Mersedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.

Siam.az
Tarix: 8-05-2017, 13:39
Xəbəri paylaş





Xəbər lenti