Xırdalanda bıçaqlanma

Xırdalanda bıçaqlanma Abşeron rayonunda gənc naməlum şəraitdə bıçaqlanıb. APA-nın xəbərinə görə, hadisə Xırdalan şəhər bazarının yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Həsənzadə Zahid Mahir oğlu axşam saatlarında evinə gedərkən tanımadığı şəxs (və ya şəxslərlə) mübahisə edib. Nəticədə Z.Həsənzadəyə iki bıçaq xəsarəti yetirilib. Yaralını 1 saylı şəhər xəstəxanasına hadisə şahidləri çatdırıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.



Faktı Abşeron polisi araşdırır.
Tarix: 10-05-2017, 07:38
Xəbəri paylaş





Xəbər lenti