Azərbaycanda QƏRİBƏ HADİSƏ: Evinə oğru girdiyi üçün polisə müraciət etdi, özü tutuldu

Azərbaycanda QƏRİBƏ HADİSƏ: Evinə oğru girdiyi üçün polisə müraciət etdi, özü tutuldu Ağsu rayonunda kuryoz hadisə baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov RPŞ-yə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.

Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar. Onlardan 5 ədəd qumbara, 1 ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.

Onlar izahatlarında silah-sursatı S.Qədirovun evindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb.

S.Qədirov tutulub.
Tarix: 12-05-2017, 14:25
Xəbəri paylaş





Xəbər lenti