Beyləqanda 16 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib

Beyləqanda 16 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib Beyləqanda silahlı insident olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 14-də Beyləqan rayonunda yaşayan 16 yaşlı Nəzifə Babayeva evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 15-05-2017, 14:21
Xəbəri paylaş





Xəbər lenti