Gəlin qayınatasını qətlə yetirdi- SONRA CƏSƏDİN ÖNÜNDƏ ŞƏKİL ÇƏKDİRİB SOSİAL ŞƏBƏKƏDƏ PAYLAŞIB

Gəlin qayınatasını qətlə yetirdi- SONRA CƏSƏDİN ÖNÜNDƏ ŞƏKİL ÇƏKDİRİB SOSİAL ŞƏBƏKƏDƏ PAYLAŞIB Amerikanın Virciniya ştatında dəhşətli ailə faciəsi baş verib. 26 yaşlı Amanda Teylor öz qayınatasını bıçaqlayıb.
Gununsesi.info-nun publika.az-a istinadən verdiyi məlumata görə, Teylorlar ailəsinin gəlini, 26 yaşlı Amanda Teylor 59 yaşlı qayınatası Çarlz Teyloru bıçaqla öldürüb.
Öldürdükdən sonra əlində qanlı cinayət aləti ilə cəsədin önündə şəkil çəkdirən qadın şəkilləri sosial şəbəkəyə yükləyib və “çox xoşbəxtəm” yazıb.
Qadın qayınatasını ərinin ölümündə günahkar hesab etdiyi üçün bu addımı atıb.
Polisə ifadəsində ərinin intihar edərək öldüyünü deyən qadın onu bu ölümə qayınatasının sürüklədiyini bildirib: “Ona nifrət edirdim. Əməlimdən peşman deyiləm”.
Məhkəməyə çıxarılan 26 yaşlı Amanda Teylora ömürlük həbs cəzası verilib.
Tarix: 19-05-2017, 10:34
Xəbəri paylaş





Xəbər lenti