Şəmkir sakinini parçalayan kimin ayısı olub? FOTO

Şəmkir sakinini parçalayan kimin  ayısı olub? FOTO Basqınçı ayının prezidentin rezidensiyasından qaçdığını deyir

Şəmkirin üstündə Yasamal aşırımı deyilən ərazidə ayı insanı parçalayıb. Bu barədə xəbər artıq, sosial şəbəkələrdə və mətbuatda paylaşılıb. Amma hamını, xüsusilə də həmin əraziyə yaxın yerlərdə yaşayan adamları təəccübləndirən bir məsələ var: bu ayı hardan gəlib çıxıb ? İstənilən gədəbəylidən və ya şəmkirlidən soruşsan, həmin ərazidə ayının nə vaxt göründüyü barədə bir söz deməyə tərəddüd edəcək. İndi isə qış deyil, «yazın oğlan çağıdır» və buna görə də, Yasamal aşırımında ayının görükməsi, üstəlik adam parçalaması xəbəri hamıya təəccüblü gəlir. Şəmkir sakinini parçalayan kimin  ayısı olub? FOTO



Məsələ belədir ki, ayı orada iki nəfərə xəsarət yetirib. Onlardan birinin ayağı qırılıb, o biri isə aldığı xəsarətdən ölüb. Biz bu ayı məsələsi ilə bağlı ötəri bir araşdırma apardıq. Biz, əlbəttə, «ayılar üzrə təhqiqatçı» deyilik və Ziya Məmmədovun oğlunun ayı yeməsi barədə xəbəri də bir zamanlar bizə hadisənin baş verdiyi restoranın işçilərindən biri vermişdi.
Birincisi, ayının hücum etdiyi adamların sayı təqribən 10 nəfər olub. Onlar Yasamal aşırımında piknikə gediblər. Qəflətən böyürdə, kolluqdan çıxan ayı hamını təəccübləndirib və təkrar edirik, ona görə ki, ilin – günün bu zamanında orda ayının peyda olması normal hal deyil.



Yasamal aşırımında, həmin bu «ayıbasan» yerdən bir qədər aralıda İlham Əliyevin rezidensiyalarından biri yerləşir. Həmin rezidensiyanın həyətində müxtəlif növ vəhşi heyvanlar saxlanılır. O cümlədən də, ayı. Yerli sakinlər, eləcə də həmin ayını görənlər qətiyyətlə bildirirlər ki, bu ayı həmin rezidensiyanın həyətindəki qəfəsdən qaçmış ayıdır. Görünür, İlham Əliyevin bu «mini»zooparkının baxıcısı səhlənkarlıq edib və qəfəsin cəftəsini yaxşı bağlamayıb.

azadliq.info
Tarix: 21-05-2017, 08:11
Xəbəri paylaş





Xəbər lenti