Bərdədə inkassator maşını aşıb

Bərdədə inkassator maşını aşıb Bərdədə bir nəfərin yüngül xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza rayonun Bakı küçəsi ilə hərəkətdə olan "KamAZ" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə, "Niva" yoldan çıxaraq aşıb. Hadisə zamanı yük maşınının sürücüsü yüngül xəsarət alıb.

"Niva" markalı minik maşını "Zaminbank"a məxsus inkassator avtomobili olub.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 23-05-2017, 07:17
Xəbəri paylaş





Xəbər lenti