Xırdalanda dəhşət – FHN-in iti məktəbə girib şagirdləri yaraladı

Xırdalanda dəhşət – FHN-in iti məktəbə girib şagirdləri yaraladı İyunun 1-də Xırdalan şəhərində qorxunc hadisə baş verib. Əldə etdiyimiz məlumata görə, bu şəhərdə yerləşən, amma Cəbrayıl rayonuna aid məktəbdə şagirdlər gözlənilmədən xüsusi bəslənən bir itin hücumuna məruz qalıb. Nəticədə şagirdlərdən 4-ü yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

İti zərəsizləşdirmək üçün məktəbə təlimçi dəstə çağrılıb. İt zərərsizləşdiriləndən sonra bəlli olub ki, FHN-in itlərindən biridir. Məsələ burasındadır ki, itin hücum çəkdiyi məktəb FHN-in Xırdalandakı binasına bitişikdir. Aydınlaşıb ki, təlim zamanı itlərdən biri nəzarətdən yayınıb və məktəbə üz tutub. Məktəbə daxil ola bilən qapağan it şagirdlərə və müəllim heyətinə əməlli-başlı şok yaşadıb.

Verilən məlumata görə, itin hücumuna məruz qalan şagirdlərə quduzluğa qarşı vaksin vurulub.

azadliq.info
Tarix: 3-06-2017, 07:43
Xəbəri paylaş





Xəbər lenti