Sumqayıtda 22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb

Sumqayıtda 22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb 22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb.

Sumqayıt şəhər sakini Xanım Aslanova 8 aylıq körpəsi ilə birlikdə sentyabrın 4-də ər evindən ata evinə qayıdıb. Elə həmin gündən də yoxa çıxıb.


Xanım Aslanova 4 ildir ki, ailəlidir. Evlilikdən bir qız və bir oğlan övladı var. Valideynləri qızlarının tezliklə geri qayıdacaqlarına inandıqlarını deyirlər.

Məsələ ilə bağlı itkin qadının həyat yoldaşı Tural Aslanovla telefon əlaqəsi saxladıq. O bildirdi ki, həyat yoldaşı ilə aralarında heç bir problem olmayıb. Həmişəki kimi normal qaydada atası evinə gedib və oradan da yoxa çıxıb. Özü də hər kəs kimi elə o vaxtdan axtarışdadır.

22 yaşlı Xanım Aslanovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Tarix: 17-09-2017, 07:52
Xəbəri paylaş





Xəbər lenti