"Bunu edən şərəfsizə, namussuza çox ağır cəza istəyirik ki..."

"Bunu edən şərəfsizə, namussuza çox ağır cəza istəyirik ki..." Moderator.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Balakəndə atalığından hamilə qalan 12 yaşlı qızın ötən gün əməliyyat olunması məsələsinə toxunarkən şərəfsiz atalığa qarşı ən ağır cəza verilməsinə çalışacağını bildirib:

"Neçə gündür bu xəbərin dəhşəti məni rahat buraxmır. Bunu edən şərəfsizə, namussuza çox ağır cəza istəyirik ki, bu əxlaqa sahib olan kimlər varsa hamısına ciddi dərs olsun. Bu atalığa insan deməyə dilim gəlmir. İnsan bu cür namussuzluğa əl atmaz. O körpə uşağın yaşadığı bütün dəhşətlər, ağrılar, aldığı fiziki və psixoloji travmaları düşümək belə insanı dəhşətə gətirir. Bu atalığa və onun əxlaqda olanların hamısına Allahdan lənət diləyirəm. Körpə bir qızın bütün gələcəyini zərbə altında qoyub. Bu balaca balamızın yanındayıq. Sadəcə dualarımızla deyil. Bir millət vəkili olaraq bu işi ciddi nəzarətdə saxlayacam şəxsən. Çünki o atanın qanunla ən ağır cəza almasını tələb eddənlərdən biriyəm. Allah körpə balamıza kömək olsun. Çətin gündə onun yanında olan hər kəsdən Allah razı olsun".
Tarix: 17-09-2017, 08:33
Xəbəri paylaş





Xəbər lenti