Avtobusla taksinin toqquşması nəticəsində 7 nəfər yaralandı

Avtobusla taksinin toqquşması nəticəsində 7 nəfər yaralandı  Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Yaralananlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib


"Report"un xəbərinə görə, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək önündə gedən minik avtomobilinə (taksi – red.) çırpılıb.

Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Onlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib. Bir nəfərin — 1996-ci il təvəllüdlü Rəsulov Rəsul Mirələm oğlunun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.


Tarix: 17-09-2017, 09:51
Xəbəri paylaş





Xəbər lenti