Gəncədə 9-cu sinif şagirdi özünü asıb
Gəncə şəhərində intihar hadisəsi baş verib.“Report”un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Gəncə şəhər sakini, 2002-ci il təvəllüdü Qəmbərli Gülçin Arzu qızı özünü evdə asaraq intihar edib.
9-cu sinif şagirdinin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.
Tarix: 17-09-2017, 13:49