RİH təzə binanı uçurdu: “Daş qopub maşına düşsə, əncirə dönəcək” – Reportaj
“Burdan bir daş qopub gəlib yolun ortasına düşsə, maşın xırt-xəşil olub əncirə dönəcək”. AzEuroNews.com-a danışan sürücü Sabir Kazımzadə belə deyir. O, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsinin axırındakı binanın səhlənkar sökülməsindən şikayətlənir.
Metronun “Koroğlu” stansiyasına çıxan körpünün həndəvərində yerləşən bu bina müəmmalı şəkildə yerlə-yeksan olundu. Bir neçə ay idi ki, traktoru binanın üstünə qaldırıb şumlayırdılar. Təzə tikili olan bina nə qəzalı idi, nə də tam təhvil verilmişdi. Ancaq gözlənilmədən tikinti uçuruldu. Yolun qırağında yerləşən binanı sökərkən təhlükəsizlik qaydalarına heç bir əməl olunmayıb. Sürücü Vidadi Əliyev də deyir ki, söküntü gedən ərazinin qarşısı hasarlanmalıydı: “Daş-torpaq yolun kənarına tökülüb. Bu, binanı sökənlərin məsuliyyətsizliyidir. Ordan bir daş gəlib maşının üstünə düşəndə, kim təmir etdirəcək, zərərini kim ödəyəcək?” Sabunçunun icra başçısı Adil Vəliyev / Foto © Məhəmməd Türkmən Təxminən 9 mərtəbəsi inşa edildikdən sonra tikintisi dayandırılan binanı cəmi bir traktor sökür. Tikilini magistral yoldan 2-3 metr eni olan səki ayırır. Söküntü zamanı binanı ən üst qatından tökülən irili-xırdalı tikinti daşları səkiyə sökülür, hətta yolun yarısına qədər də gəlib çıxır. Sözügedən tikilinin yanından keçərkən bütün avtomobillər ya sürəti artırır, ya da qarşıdan gələn avtomobillərin yoluna girərək dairəvi yola yaxın yerdən getməli olur. Binanın artıq əksər mərtəbələri sökülsə də, dağıntılar yol boyu səpələnib, hətta bütün səkini də tutub. Binanın yaxınlığından keçərkən öz üstünüzə və avtomobilinizin üzərinə tikinti daşının düşmə ehtimalı da var. Tikintinin hansı şirkət tərəfindən aparıldığı məlum deyil. Heç tikilinin kənarlarında da işlərin hansı şirkət tərəfindən aparıldığı, narahatlığı kimin yaratdığı qeyd olunan qoruyucu lövhələr vurulmayıb. Məlumata görə, söküntü əmri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilib. Amma səbəbi bilinmir. Çünki bina ərazidə qanunsuz olaraq yaşıllığı və ya səkini zəbt etməmişdi.
Tarix: 16-05-2018, 22:16
Bu gün, 22:44
Bakı “9 balı” gördü-Tıxac ...
Bu gün, 22:39
Yeni büdcə: neft düşür, vergi yığımları qalxır, pensiya artır
Bu gün, 22:38
Dövlət Xidməti tender kralını cərimələdi - Məhkəməyə üz tutdu
Bu gün, 22:36
“Böyük yeddilik” böyük savaşa qarşı: “İsrailin cavab hüququ var, amma...”
Bu gün, 22:23
Şəhərin mərkəzini zibilxanaya kim çevirib? - Qurumdan gülünc cavab
Bu gün, 22:19
Biləsuvar sakini Dövlət Məşğulluq Agentliyindən şikayət edir, qarşı tərəf isə...
Bu gün, 22:14
Direktoru olmayan məktəbin PROBLEMLƏRİ: "Saat 20:00-da dərsdən çıxırlar"
Bu gün, 21:03
İsrailin planı: bu üç ölkə parçalanır, yeni dövlətlər yaranır – Proses başladı
Bu gün, 16:30
Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK
Bu gün, 13:41
Zakir Qaralovun qalmaqallı əmisi qızına yeni vəzifə verildi
Bu gün, 13:39
CHP sədri bu halda istefa verəcəyini açıqladı
Bu gün, 13:30
Binəqədidə dəyirmanın fəaliyyəti dayandırıldı
Bu gün, 11:28
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Bu gün, 10:55
Naxçıvan gömrüyündə ÖZBAŞINALIQ – Vətəndaşlara sözün əsl mənasında zülm edilir
Bu gün, 10:26
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
Bu gün, 10:24
Həmkarlar İttifaqı Aşıq Ələsgərin evini restorana çevirib
Bu gün, 10:02
“Nəsrullah ölüm ərəfəsində atəşkəsə razılaşıb” – Livan XİN
Bu gün, 09:59
“İstəyirlər ki, yeyib taladıqları dövlət büdcəsinin kəsirini bizim maaşların hesabına doldursunlar" -Naxçıvanda
Bu gün, 09:55
İcra başçısı Elşad Həsənova tabe olan təşkilatın dövlətə külli miqdarda borcu üzə çıxdı - Yenidən
Dünən, 22:17
Almaniyadan vətəndaşlarına çağırış: İranı təcili tərk edin!
Dünən, 22:05
Ağstafada bu qəsəbənin sakinləri qorxu içindədir - Ölüm saçan işıq dirəyi (VİDEO)
Dünən, 22:02
AŞPA şərt qoydu: Bakı üçün qapılar açıqdır, lakin Avropa Şurasının dəyərlərini qəbul etməlidir
Dünən, 21:57
SOCAR minlərlə insanı işsiz qoyub – RAYONLARDA YDM-LƏR BAĞLANIR...
Dünən, 17:55
“NAZİR, HEÇ YÜZ METR ARALIDAKI MƏKTƏBLƏ DƏ MARAQLANMIR...” – “Azərbaycan məktəbi deqradasiyaya uğrayıb”
Dünən, 17:52
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 17:51
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Dünən, 17:49
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Dünən, 17:46
Sabunçuda çoxillik şam ağacları amansızcasına məhv edilib- VİDEO/FAKT
Dünən, 16:41
Prezidentə müraciət: "Cinayəti törədən nazir müavininin qohumu ölkədən qaçıb"
Dünən, 16:38
Məşhur tikinti şirkətinin 1,7 milyon manata yaxın vergi borcu var