Sumqayıtda ər arvadını bıçaqlayaraq qətlə yetirib


Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Report)

Tarix: 17-05-2018, 16:52
Xəbəri paylaş





Xəbər lenti