Bakıda qonşu qadınlar arasında əlbəyaxa dava olub


Paytaxtın Binəqədi rayonu ərazisində qadınlar arasında dava baş verib.

“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Quliyeva Solmaz Qarabala qızı qonşuluqda yaşayan qadınla əlbəyaxa olub.

Nəticədə S.Quliyeva ağır kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.

Tarix: 18-05-2018, 10:14
Xəbəri paylaş





Xəbər lenti