Sərnişin təyyarəsi qəzaya uğradı: 113 ölü - Video





Kubanın Havana limanından havaya qalxan “Cubana de Aviacion” şirkətinə məxsus Boyinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə “Telemundo” agentliyi məlumat yayıb.

Bildirilib ki, Havanadan Olqin şəhərinə gedən təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Təyyarənin göyərtəsində 100-dən artıq sərnişinin olduğu deyilir.

***

Kuba Dövlət Şurasının lideri Miqel Dias Kanel təyyarə qəzasının baş verdiyi əraziyə gəlib.

Bildirilib ki, təyyarənin göyərtəsində 104 sərnişin olub. Onların taleyi barədə heç bir məlumat yoxdur.

Təyyarənin qəzaya uğradığı ərazidə tüstü qatı yüksəlir.

***

"Radio Rebelde"nin məlumatına görə, təyyarədə ekipajdan əlavə 107 sərnişin olub və onlar hamısı həlak olublar.

***

Qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.


Tarix: 18-05-2018, 23:50
Xəbəri paylaş





Xəbər lenti