Bərdədə maşın piyadanı vurdu


Bərdə şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vuraraq, ona ağır xəsarət yetirib.

Yaralının şəxsiyəti hələ ki, məlum deyil. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. (Report)

Tarix: 23-05-2018, 00:26
Xəbəri paylaş





Xəbər lenti