Oğlu vəfat edən Zöhrə Abdullayeva: "Mənim üçün həyat bitdi..." - FOTO


Əməkdar artist, müğənni  Zöhrə Abdullayevanın oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

Məluma görə, sənətçinin oğlu uzun müddət idi ki, beyin xərçəngindən əziyyət çəkirdi.

Zöhrə Abdullayeva bir qədər öncə sosial şəbəkədə vəfat edən oğlu haqda status paylaşıb.

Sənətçi öz kədərini izləyiciləri ilə bölüşüb: “Yeganə oğlumu bu gün son mənzilə yola salıram. Mənim üçün həyat bitdi. Həyatıma nöqtə qoyan balam, məkanın cənnət olsun".

Onu da əlavə edək ki, vəfat edən gənc sənətçinin yeganə övladı idi.

Xalidə Gəray
Musavat.com

ZöhrÉ Abdullayevanın oÄlu vÉfat etdi

 

Tarix: 24-05-2018, 14:22
Xəbəri paylaş





Xəbər lenti