“Polis dedi ki, səndə silah var” - Kriminal avtoritet Bakıda saxlanıldı

 Bakının Sabunçu rayonunda üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Yenicag.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursat olması barədə məlumat daxil olub. İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və içərisində 1 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Qeyd edək ki, Rüfət Quliyev kriminal dairələrdə “Zəngilanlı Rüfət” kimi tanınır.
Tarix: 25-05-2018, 10:06
Xəbəri paylaş





Xəbər lenti