Arvadını öldürdü, Salyana apardı, sonra... - Bakıda DƏHŞƏTLİ OLAY


Arvadını öldürdü, Salyana apardı, sonra... - Bakıda DƏHŞƏTLİ OLAY

Mayın 25-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən bir qadın Buzovna qəsəbəsində kirayədə yaşayan rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini, onun əri Anara zəng etdikdə isə Kifayəti öldürdüyünü deməsini bildirib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Anar Yusifov saxlanılıb. O, izahatında mayın 25-də Buzovna qəsəbəsi ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbiristanlıqda dəfn etdiyini bildirib.

Kifayətin meyiti ekshumasiya edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq aparılır.

Tarix: 28-05-2018, 15:59
Xəbəri paylaş





Xəbər lenti