Canavarlar işğal altında olan Qarabağda uşaqları parçaladı


 

İşğal altında olan Dağlıq Qarabağın Xocavənd (Hadrut) rayonunda canavarlar uşaqlara hücum edib.

Virtualaz.org-un erməni KİV-ə istinadən məlumatına görə, hadisələr mayın 28-də axşam Mets Taqer və Tumi kəndlərində baş verib. Nəticədə 3 uşaq – 10 yaşlı T.X, 4 yaşlı A.M və 11 yaşlı K.Q xəstəxanaya çatdırılıb.

“Canavarlar onlardan ikisinin üzünü və başını parçalayıb, digərinin isə ayağını dişləyib. Hazırda uşaqlar müalicə alırlar. Həyati təhlükələri yoxdur”, - deyə xəstəxanadan bildirilib.

Xəstəxanadan həmçinin bildirilib ki, uşaqlar aldıqları yaralardan sağalacaqlar, amma quduzluqla bağlı təhlükə ehtimalı hələ də var. Bununla bağlı konkret rəy bir neçə gündən sonra hazır olacaq.

Tarix: 29-05-2018, 23:54
Xəbəri paylaş





Xəbər lenti