Bakının mərkəzində ağaclar kəsildi - Nazirlik hərəkətə keçdi

Bakının mərkəzində 2 ağac kəsilib. Siam.az  “Qafqazinfo”ya istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə, quruma Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
 Araşdırma aparılıb və əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

Tarix: 30-05-2018, 16:52
Xəbəri paylaş





Xəbər lenti