Pənah Hüseynovla “Medistyle Hospital”ın işi prokurorluqda – Təfərrüat


Pənah Hüseynovla “Medistyle Hospital”ın işi prokurorluqda
“Medistyle Hospital” klinikasında həkimin səhlənkarlığı işi Nərimanov Rayon Prokurorluğunda araşdırılır.

AzEuroNews.com-a verilən məlumatda belə deyilir. Buna səbəb Beyləqanın Əhmədli kənd sakini Pənah Hüseynovun səhv əməliyyat olunmasıdır.

► Pənah Hüseynova kələk

O, sözüge linikada Niyaməddin Əliyev mənə Qardaşxanı məsləhət gördü. O da 11 000 manata əməliyyat edəcəyini dedi. Evimi girov qoyub, bankdan 7450 manat götürdüm.

3000 manat da bir nəfərdən borc aldım. Fevralın 8-i məni klinikaya çağırdılar. Səhərisi günü əməliyyat olundum.

Əməliyyatdan sonra vəziyyətim ağırlaşdı. Daha sonra mənə dedilər ki, əməliyyat səhv olunub. Gəl, səni bir də əməliyyat edək.

Aprelin 30-u günü bir də əməliyyat olundum. Daha sonra isə hər iki həkim mənə dedi ki, səni biz yox, türk həkim əməliyyat edib. Mən isə onlardan başqa həkim görməmişəm. Belə fırıldaqçılıq olmaz axı?!”

Hazırda çox pis halda olan P.Hüseynov Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə və prezidentə müraciət edib.

“Bütün sənədlərimi prezidentə göndərəcəm ki, məni Azərbaycan vətəndaşlığından çıxarsın. Ailə üzvlərimdən biri Dərbənddə yaşayır, gedib orda öləcəm”,-deyə bildirib.

Q.Məmmədov açıqlamasında əməliyyatı türk həkimin etdiyin söyləyib: “Hazırda iş Nərimanov prokurorluğundadır. O insan “Space” telekanalında verlişdə də deyib ki, guya ona xərçəng diaqnozu qoyulub”.

► Həkimin ölümü

Bundan əvvəl isə 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı dünyasını dəyişib.

63 yaşlı Ə.Bayramlı “MediStyle Hospital”da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib.

O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb.

Yaxınları koma vəziyyətində olan xəstəni “MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

► “Nəvəm öldü…”

Ötən il də Beyləqanın Mil qəsəbə sakini Əliyev Valeh Aslan oğlu klinika tərəfindən aldadıldığını iddia etmişdi.


O, yeni doğulmuş nəvəsini əməliyyat etdirmək üçün sözügedən klinikaya aparıb. Lakin özəl klinikada olunan əməliyyat heç bir nəticə vermir və uşaq dünyasını dəyişir:

“Nəvəm Əliyev Ömər Taleh oğlu 19.11.2016-cı ildə doğulmuşdu. Uşağın beyninə maye yığıldığına görə həkimə müraciət etdik. Mərkəzi klinikadan nevrocərrah işləyən Vüqar adlı həkim bizə uşağın təcili əməliyat olunmasını dedi.

Razılaşdıq. O uşaqda əmələ gələn problemin həmin əməliyyatla aradan qaldırılacağına zəmanət vermişdi.

Amma əməliyyatın başqa xəstəxanada mümkünlüyünü də qeyd elədi. O bizə özünün də ikinci iş yeri kimi işlədiyi “Medi STYLE Hospital”ı məsləhət gördü.

Biz də razılaşıb həmin həkimə etibar elədik. Xəstəxanada əməliyyat üçün tələb olunan məbləği də bankdan kredit götürüb ödədim. Ümumilikdə, 2500 manat ödəniş etmişəm.

Ancaq əməliyyat heç bir nəticə vermədi və uşaq öldü. Bu barədə bir neçə orqana müraciət məktubu yazmışam. Amma heç bir nəticə əldə edə bilmirəm”.
 
Tarix: 1-06-2018, 11:24
Xəbəri paylaş





Xəbər lenti