Biri qəbrə, o biri həbsə gedən sevgililər - XOŞBƏXT GÜNLƏRDƏN QALAN ACI XATİRƏ

 Bakının Sabunçu rayonunda gənc oğlan qızı və anasını güllələyib. Balaxanı qəsəbəsi, Qılman Salahov 15 ünvanında 19 yaşlı Sabir Qədimovun ailəsi 17 yaşlı Aytən Cəfərovaya elçi gəlib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.
S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb. Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E. Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib. A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.
Criminal.az S.Qədimov və onun öldürdüyü Aytənin fotosunu təqdim edir.   

Tarix: 1-06-2018, 22:32
Xəbəri paylaş





Xəbər lenti