Seysmologiya Mərkəzi: Zəlzələnin maqnitudası 5,5 gücündə olub - VİDEO (YENİLƏNDİ)


AMEA-nın Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Musavat.com Mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

Yeraltı təkanlar yeni 12 km dərinliyində 5,5 maqnituda gücündə olub.

****

Azərbaycanda güclü zəlzələ baş verib.

APA-nın xəbərinə görə, zəlzələ ölkənin əksər rayonlarında hiss olunub. Zəlzələnin episentrinin şimal-qərb bölgəsində olduğu ehtimal olunur. Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında hiss olunub.

Zəlzələ həmçinin Göyçay, Şamaxı və digər ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.

Video "report" agentliyinə məxsusdur

Tarix: 5-06-2018, 23:50
Xəbəri paylaş





Xəbər lenti