Yevlax sakini qardaşının avtomobilini yandırıb


Yevlaxda qardaşının avtomobilini yandıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, iyunun 9-da Yevlax şəhəri ərazisində şəhər sakini Nizami Məmmədov qardaşı Vaqifə məxsus “Mercedes” markalı avtomobili qəsdən yandırıb.

N.Məmmədov Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Tarix: 11-06-2018, 13:54
Xəbəri paylaş





Xəbər lenti