AYNUR CAMALQIZININ ƏRİ KƏRAMƏTİ DÖY(dür)DÜ !!!


İLHAM ƏLİYEV, BU ADAMLAR KİMƏ GÜVƏNİR, KİMLƏRƏ ARXALANIRLAR???(!!!)

 

Dünən axşam saatlarında xəbər tutdum ki, Aynur Camalqızının əri İlqar Əliyev  Kəramət Böyükçölü  görüşə dəvət edərək özü ilə gətirdiyi “qırxıqbaşlar”a döydürüb. Kəramətlə bir yerdə olan  Dəyanət Babayevi və daha iki nəfəri də döyüblər. Hadisə metronun Elmlər Akademiyası stansiyasının ərazisində başlayıb və Bakı Dövlət Universitetinin ərazisində başa çatıb. Kəramətlə Dəyanət universitetin hasarından aşaraq canlarını qurtara biliblər. Olaya səbəb nə olub, niyə olub, mən bilmirəm, bilmək marağım da yoxdur. Bunu araşdırıb qiymət vermək, şəhərdə asayişin qorunmasına cavabdeh olan orqanlarn işidi, istəsələr edərlər, istəməsələr etməzlər. Amma…

…amma mənim diqqət çəkmək istədiyim ayrı məqamlar var və üzümü ölkə başçısının  və Mehriban xanım Əliyevayanın əfvinə sığınaraq  burdan onlara üzümü  tuturam.

Cənab prezident və çox hörmətli Mehriban xanım!

Siz, Azərbaycan respublikasnın birinci və ikinci şəxsləri olaraq, necə bilirsiniz, ilin-günün bu vaxtında, başına qoçu dəstəsi yığaraq şəhərin mərkəzində “razborka”ya çıxan və kütləvi dava salan  Aynur Camalqızının əri kimə, yaxud da kimlərə güvənir, kimə və ya kimlərə arxalanaraq, başına qoçu dəstəsi yığıb, belə bir addm atır və bunlar hansı haqla  bu cür əməlləri özlərinə rəva bilirlər. Bu arada, paytaxtda asayişin qorunmasına cavabdeh olan qurum və təşkilatlarn rəhbərlərinin də bu haqda  nə düşündüklərini də mərak etdim doğrusu.  

Məsələnin təfərrüatları haqda və nələr olub-bitdiyinə dair öyrənə bildiklərimi axşama doğru  yazacam. Amma hələlik, sadəcə cəmiyyəti xəbərdar etmək,  ölkə rəhbərliyinin və hüquq-mühafizə orqanlarının  diqqətini olaya yönəltmək və onların bu haqda nə düşündüklərini öyrənmək istədim.   

———————————————————————————-

P.S.

Yazını təzəcə birirmişdim ki, Dəyanət Babayev hadisə ilə bağlı özünün statusunu paylaşdı və məsələnin mahiyyəti ilə bağlı oxucular daha artıq məlimat ala bilsinlər deyə, o statusu da olduğu kimi dərc etməyə qərar verdim.

Fb-NİN GÜNDƏMİNDƏN 

Dünən axşam təxminən saat 7-8 radələrində Kəramət Böyükçöl mənə zəng etdi və bildirdi ki, onu Aynur Camal qızının həyat yoldaşı İlqar onu hədələyərək təhdid edir. Onu Elmlər Akademiyasında Hüseyin Cavid parkına razborka etməyə çağırır. O dedi ki, İlqar məni döyə bilər və sən bunu çəkib ictimailəşdirməyə kömək et. Mən etiraz etmədim. Dərhal həmin ünvana getdim. Parkda Kəramət və şair Mübariz Məsimoğlu da var idi. Məlum oldu ki, Kəramət Aynur xanımdan 600 AZN borc pul alıb. Pulu deyilən vaxtdan bir az gec qaytardığı üçün Aynur xanım ona telefonla təhqir mesajları yazıb və daha sonra Kəramətin 21 yaşlı həyat yoldaşına zəng edərək onu və Kərəməti təhdid edib ki, sənin nömrəni verəcəyəm ərim İlqara, qoy, o, səninlə danışsın. Bu sözləri həyat yoldaşı Kəramətə dedikdən sonra Kəramət Aynur xanıma cavab mesaji yazıb. Daha sonra söhbətə Aynur xanımın həyat yoldaşı İlqar qarışmalı olub.

İlqar Hüseyn Cavid parkına idmançı bir dostu ilə gəldi. Mən və Mübariz bəy onları kənardan müşahidə edirdik. Onlar Kəramətlə söhbət edə-edə onu təxminən 500-600 metr kənara apardılar. Sən demə, İlqar bəy xüsusi plan hazırlamışmış. Bizi onun digər idmançı dostları da qara maşınlarla müşahidə edirdilər.

Aralarında mübahisə düşdü. İlqar və dostu Kəraməti döyməyə başladılar. Sonra həmin maşınlardan İlqarın digər dostları düşüb gəldi. Mən məsələnin artıq ciddi olduğunu anlayıb telefonumla hadisəni çəkməyə başladım. Bu zaman İlqarın idmançı qoçu dəstələri üstümə hücum çəkdi, məni Kəramətdən də betər vicdansizcasına döyməyə başladılar, telefonumu ayaqarıyla əzib sındırdılar, özümü yerə yıxıb sağ və sol tərəfdən başıma təpiklə zərbələr vurdular. Sonra mən və Kəramət qaçıb və dəmir raşotkadan tullanıb Bakı Dövlət Unversitetinin həyətinə keçdik, mühafizəçilərdən kömək istədik, yoxsa azğınlaşmış insanlar bəlkə də bizi rəsmən öldürəcəkdilər.

Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişəm. Dünən hadisəni araşdırmaq üçün məni Yasamal rayonu 28-cı polis bölməsinə dəvət etdilər, amma daxili ağrılarım çox olduğu üçün gedə bilmədim. Ağrılardan gecə, demək olar ki, yata bilməmişdim. Bu gün isə polis bölməsinə gedib hadisə ilə bağlı ifadə verəcəyəm.

P.S.

Hadisə haqqında əlavə məlumat verəcəyəm. Mənimlə əlaqə saxlamaq üçün xahiş edirəm, bir müddət vapsapa və facebook inboxuna yazmayın, zəng edin, çünki telefonum həssaslığı tam sıradan çıxdığı üçün yalnız zənglərə cavab verə bilirəm.

Tarix: 13-06-2018, 14:27
Xəbəri paylaş





Xəbər lenti