Oğul anasına şillə vuran atasını öldürdü



Türkiyənin İstanbul şəhərində 19 yaşlı Alparslan K anasına şillə vuran atasını bıçaqlayaraq qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, 48 yaşlı S.K ailə daxilində baş vermiş münaqişə zamanı öncə oğullarını, daha sonra həyat yoldaşı Necip K-nı vurub.

Atasının anasına şillə vurmasına etiraz olaraq Alparslan K mətbəx bıçağı ilə valideynini öldürüb.

Fakt üzrə cinayət işi açılıb. Alparslan K həbs edilib.

Tarix: 16-06-2018, 09:49
Xəbəri paylaş





Xəbər lenti