Daha bir rayonda kütləvi zəhərlənmə : Bu dəfə Bərdədə...

 



 

Bərdədə pambıq tarlasında zəhərlənmə baş verib. Bu barədə ANAXEBER.az saytına rayon sakinləri məlumat verib. Bildirilir ki, zəhərlənənlərin sayı 12 nəfərdir. Onlar xəstəxanaya yerləşdirilib.  Bəzilərinin vəziyyəti ürəkaçan deyil.
ANAXEBER.az saytı xatırladır ki, bundan əvvəl Saatlı, Tərtər, İmişli və Yevlaxda analoji olay baş vermişdi. Saatlıda 21 nəfər, İmişlidə 52 nəfər, Tərtərdə 14, Yevlaxda isə 17 nəfər zəhərlənmişdi.
Ekspertlər bildirir ki, pambıq tarlalarında ziyanvericilərlə mübarizə məqsədilə istifadə edilmiş herbisid olan fitotoksikant “Agent Orange” adlı hərbi vasitəyə bənzərdir ki, sonuncudan Cənub-Şərqi Asiyadakı müharibə zamanı Vyetnam partizanlarına qarşı istifadə olunub.
Olduqca toksik olan bu herbisid orqanizmdə tənəffüs yolları, selikli qişalar və dəri vasitəsilə toplanır. Nəticələri çox təhlükəli ola bilər – qaraciyərin toksik zədələnməsindən tutmuş, gen mutasiyalarına qədər. Bu heürbisidlərdən istifadə edilmiş tarlada yalnız 5 gündən sonra işləmək olar. İmişlidə isə kimyəvi maddələrlə tarlaların işlənməsinin ertəsi günü insanları pambıq tarlasına yollayıblar. Bu, həmin maddələrin istifadəsi zamanı təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır.
Tarix: 22-06-2018, 00:32
Xəbəri paylaş





Xəbər lenti