Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı


Bərdədə avtomobil oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıb.

Bu ilin aprel ayında Bərdə rayon Alpoud kənd sakini Ramin İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı maşının oğurlandığı barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nətcəsində oğurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakinləri Nurlan Məmmədli və İbrahim Feyziyev şübhəli blinərək saxlanılıb. Araşdırmalarla onların 2015-ci ildə Alpoud kəndindən daha bir “VAZ-2107” markalı maşını oğurladıqları da məlum olub.

Onların ətrafında davam etdirilən araşdırmalarla həmyerliləri Abbas Şabanov və Elmir Həsənov ilə birlikdə İmişli rayonun ərazisindən bir ədəd “VAZ-2107” və Beyləqan rayonun ərazisindən iki ədəd traktor qoşqusu oğurladıqları da müəyyən edilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf edib.

Oğurlanan avtomobillər maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. (Report)

Tarix: 23-06-2018, 21:05
Xəbəri paylaş





Xəbər lenti