"O, qardaşımı qız üstündə öldürüb" - prokuror 18 il həbs cəzası istədi


Tanışını öldürən şəxs hakim qarşısına çıxarılıb. Qətlə səbəb kimi qız üstündə başlayan mübahisə göstərilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Zahid Məmiyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini tələb edib: "Bu, qardaşımı qız üstündə öldürüb. Adını başqa qoyurlar. Qardaşımı içirdib, sərxoş edib öldürüblər".

Təqsirləndirilən Zahid Məmiyevin vəkili çıxış üçün vaxt tələb edib. Məhkəmə iyunun 29-da davam edəcək. Hadisə 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsində baş verib.

Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Z.Məmiyev Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla qətlə yetirmə) maddəsi ilə ittiham edilir.


Tarix: 27-06-2018, 16:32
Xəbəri paylaş





Xəbər lenti