Şəmkirdə 4 nəfər süni göldə BOĞULDU - YENİLƏNİB




Şəmkirdə süni göldə boğulan 4 nəfərin kimliyi məlum olub. Modern.az“Report”a istinadən xəbər verir ki, süni göldə boğulanlar Tağlyev Adil Valeh oğlu, Əhmədova Məhəbbət Kazim qızı, Qayıbov Afiq Həsən oğlu (1987-ci il təvəllüdlü) və Əliyeva Zeynəb Ədalət qızıdır (1988-ci il təvəllüdlü).

 

İlkin məlumatlara görə, süni göldə paltar yuyan qadınlardan biri suya düşüb. Digərləri ona kömək etmək istəyərkən boğularaq ölüblər.

 

22:28

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məlumata görə, göldə batan şəxslərdən ikisi qadın, ikisi isə kişidir. Meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların kimliyi müəyyənləşdirilir.

Tarix: 1-07-2018, 23:59
Xəbəri paylaş





Xəbər lenti