Qadın ərini bıçaqladı


Bakıda qadın ərini bıçaqlayıb.

BakuPost Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Zeynalov Elçin Adil oğlu həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın ərinə bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hələlik adı açıqlanmayan qadın faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
Tarix: 2-07-2018, 09:43
Xəbəri paylaş





Xəbər lenti